Author: Kanan

  • Ürəyimə Oksigen çatmır….

    Bir sıra hallarda xəstələr “Ürəyimə oksigen çatmır” , “Ürəyimdə Hipoksiya var”  kimi şikayətlər edirlər. Bu kimi şikayətləri edən bir çox hallarda heç bir ürək xəstəliyi olmayan və Nevrasteniya  və digər Nevrotik halları olan xəstələr bildirirlər. Bəziləri isə hipoksiyanın EKG müayinə zamanı aşkarlandığı deyir…. Bu kimi şikayətlərin yaranması köhnə Sovet səhiyyə sistemindən qalmış bir sıra tibb personalarının dediklərinə əsasən formalaşmış  “Diaqnozlar” sırasındandır.

    Amma bəzi xəstəliklər və patoloji hallarda var ki, bu zaman Ürəyin oksigenə olan tələbatı tam ödənmir və buda bir sıra şikayətlərin və ürək zədələnmələrinin yaranmasına səbəb olur. Orqanizmin orqanlarının hər birinin hüceyrələrinin normal çalışması üçün kifayət qədər Oksigen lazımdı ki, buda həmin orqanların normal qanla təchiz olunması ilə yanaşı qanın Oksigenlə zəngin olmasıda vacib faktor sayılır. Ürək daima çalışan orqan olduğundan bu hal özünü daha qabarıq göstərir. Tibb dildə bu Miokardın Hipoksiyası adlanır.

    “Ürəyə oksigen nədən çatmır?”

    Buna aşağıda göstərilən müxtəlif xəstəlik və patoloji hallar səbəb ola bilər.

    • Ətraf mühitdə Oksigen konsentrasiyasının kifayət qədər olmaması- qapalı kiçik məkanlar, siqaret çəkilən qapalı yerlər, dağlarda və hündürlüyə qalxdıqda və suyun dərinliklərində çalışan akvolanqistlərdə bu hal tez-tez rast gəlinir,
    • Ürəyin oksigenə olan tələbatının qəflətən artması-  müxtəlif kəskin stress vəziyyətləri və ağır fiziki aktivlik zamanı,
    • Tənəffüs sisteminin funksiyasının pozğunluğu zamanı- müxtəlif ağciyər xəstəlikləri zamanı yaranan bronx spazmı ( daralması)  və ağciyərin sahəsinin kiçilməsi( pnevmoniya, ağciyər xərçəngi, bronxial astma  və digər xəstəlikləri,
    • Qanı təşkil edən hüceyrələrin-eritrositlərin miqdarının və ya tərkibində olan Hemoqlobinlinin miqdarının azalması (müxtəlif anemiyalar və leykoz xəstəlikləri),
    • Müxtəlif Ürək damar və qapaq xəstəlikləri- stenokardiya, miokard infarktı, ürək əzələsinin zəifləməsi olan müxtəlif kardiomiopatiyalar, aortal və mitral qapaqların xəstəlikləri,
    • Müxtəlif zəhərli maddələrin təsirindən

    Bəzən bunlardan 2 və ya 3 səbəb eyni zamanda  ola bilər ki, buda problemin daha kəskin özünü büruzə verməsinə səbəb ola bilər.

    Bu zaman Hansı əlamətlər ola bilər?

    Ürək əzələsinin  Hipoksiyası  kəskin( qəfləti bir neçə dəqiqə və saat ərzində)  və xronik ( tədricən uzun müddət ərzində) yarana bilər. Bu zaman müxtəlif şikayətlər yarana bilər.

    • Dodaqların və barmaq uclarının göyərməsi
    • Ürəkdöyünmənin kəskin artması(taxikardiya) və müxtəlif növdə olan ürək ritm pozğunluqları(aritmiyalar)
    • Təngnəfəslik (nəfəs darlığı) və boğulma halları
    • Döş qəfəsində və ürək nahiyəsində yaranan kəskin ağrılar
    • Arterial qan təzyiqinin bir çox hallarda yüksəlməsi

    Necə müalicə edək?

    Yuxarıda göstərdiyimiz xəstəliklər zamanı Ürək əzələsinin oksigenlə təminatının artırılması vacibdir. Bu zaman müalicə 3 əsas istiqamətdə aparılır. Birinci əsas xəstəlik və patoloji halların aradan qaldırılması və müalicəsinə yönləndirilir. İkinci təmiz və bol oksigenli havada gəzmək, zərərli vərdişlərdən uzaq durmaq, qapalı və ventilyasiyası  pis olan məkanlarda mümkün qədər az qalmaqdan ibarətdir. Üçüncü müalicə tədbiri toxumaların oksigen çatışmazlığına qarşı dözümlüyünü  artıran dərman preparatlarının və qidaların istifadəsi sayılır.

    Toxumaların və həmçinin ürək əzələsinin oksigen çatışmazlığına qarşı dözümlüyünü artıran dərmanlara Antihipoksantlar deyilir. Bu gün bizim gündəlik həyatda tanıdığımız və müxtəlif xronik xəstəliklərin və idmançılar tərəfindən çox geniş istifadə olunan metabolizmi gücləndirən dərman maddələridir. Bunlara Midronat, Aktoveqin, Meksidol, Neaton, Pirasetam, Preduktal, A,E,D,C vitaminləri,Selen,Zink,Kalium, Maqnezium kimi mikroelementlər aid olunur. Bütün göstərdiyimiz Antihipoksant maddələr bir çox təbii qida vasitələrin , bitki və tərəvəzlərin tərkibində çox geniş yayılmışdır. Bu maddələr ən çox Yemişan, Melissa, Gicitkən, qara Qarağat, Zəncəfil, Heyva, Üzüm, Jenşen,  Adaçayı, Zirinc və bir çox bitkilərin tərkibində çox geniş yayılmışdır.

  • “Ürəyimə su yığılıb” – əslində bu nə deməkdir..

    Siz də bu kimi şikayət edən insanlarla qarşılaşmısız ? Bəzi ürək xəstələri bu tip probleminin olduğunu bildirirlər. Bu diaqnozu xəstələr daha çox EXOKG müayinə olunduqdan sonra qoyulduğunu bildirirlər. Hətta bəzi xəstələr  “ürəyinə yığılmış ” mayeni hiss etdiklərini də bildirirlər.

    Bunun necə yarandığını başa düşmək üçün orqanizmin necə qurulduğunu təsəvvür edək. İlk əvvəl qeyd etmək lazımdır ki,  Ürəyin içində yəni ürək boşluqlarında su yox qan olur. Əslində “su ” yəni maye, Ürəyə yox, ürəyi əhatə edən Ürək kisəsinə- yəni Perikard boşluğuna yığılır. Ürək özü tibbi adı perikard qişası olan ürək kisəsi ilə əhatə olunmuşdur. Bu kisənin əsas rolu Ürəyin və ürəklə əlaqəli magistral damarların xarici təsirdən və infeksion təhlükədən  qorunması  və  ürək əzələsinin fiziki yüklənmə zamanı həddən artıq gərilməsinin qarşısını almaqdan ibarətdir. Ürək kisəsi özü də iki qatdan ibarətdir. Birinci qat ürək əzələsinin  üzərinə bitişir ki , buna tibb dilində visseral qat (epikard) deyilir. Digər qat isə xarici qatdır ki, bu parietal qat adlanır. Bu iki nazik qat arasında normal halda 30-50 ml maye olur ki, bu mayenin əsas rolu ürəyin yığılması zamanı sürtünmənin qarşısını alır. Bu maye olmadan ürək normal yığıla bilməz.

    “Ürəyə su nə səbəbdən yığılır”

    Lakin bəzən ürək kisəsindəki mayenin miqdarı bir sıra patoloji  hallar zamanı  çoxalır. Bu hal müxtəlif xəstəliklərin nəticəsi kimi özünü göstərir.  Bu səbəbdən göstərilən xəstəlik və patoloji hallar zamanı mütləq birincili ürək müayinəsi aparılmalıdır. Buna müxtəlif hallar səbəb ola bilər. 

    Bəs nə zaman Həkimə müraciət etməlisiz?

    Bu tip xəstələrin əsas xəstəliyin  şikayətləri ilə yanaşı digər yanaşı əlamətlərində yarandığını hiss edirlər.

    • Tədricən artan və ya qəflətən yaranmış  təngnəfəslik və nəfəs daralması ( əsasən xəstə yataqda uzandığı vəziyyətdə daha çox kəskinləşən) ,
    • döş qəfəsində sol tərəfə yayılmış və döş sümüyü arxasında küt və bəzəndə deşici  ağrı, ( bu ağrının nəfəsalma zamanı artması
    • qarın və aşağı ətraflarda şişkinlik ,
    • baş hərlənmə,
    • kəskin halsızlıq

    “Artıq mayeni necə təyin etmək olar?”

    Bütün bu dediklərmizi dəqiqləşdirmək üçün Döş qəfəsi rentgen müayinə, EXOKG və EKG kimi sadə kardioloji müayinələr aparmaqla “Ürəyimizə su yığılmaqla” bağlı bütün şübhələrimizə son qoya bilərik!! Bundan başqa son zamanlartətbiq olunan daha müasir Ürək müayinə metodları diaqnozun hansı səbəbdən yarandığını və miqdarını təyin etməyə kömək edir.

    Necə müalicə edək?

    Müayinə zamanı bu hal təsdiqlənərsə, mütləq Mütəxəsis Kardioloq tərəfindən müalicə tədbirlərinə başlanmalıdır. Müalicə yığılmış mayenin miqdarına və yaranma səbəbinə  görə dəyişə bilər. Bunuda bilmək lazımdır ki, bir çox hallarda əsas xəstəliyin ( problemə səbəb  olan ) düzgün müalicəsi zamanı ürək ətrafında yığılmış artıq maye öz normal dəyərlərinə çata bilər. Amma bəzən uyğun Kardioloji müalicə qaçılmaz olur. Toplanmış mayenin miqdarı çox olduğu zaman artıq dərman müalicəsi kömək etməyə bilər. Bu zaman yığılmış artıq maye mexaniki yolla – perikard boşluğunun punksiyası ilə xaric olunur. Bu müalicə üsulu mütləq ixtisaslaşmış müalicə müəssisəsində aparılmalıdır. Punksiya – yəni xüsusi iynə ilə ürək boşluğuna yeridilir və artıq maye boşaldılır. Punksiya EXOKG və Rentgen müayinəsi nəzarəti ilə yerinə yetirilir və çox həssas müalicə metodlarından hesab olunur. Ürək kisəsini xüsusi iynə ilə punksiya edən zaman Həkim Kardioloq  EXOKG və Rentgen nəzarəti  ilə ürək əzələsinin  və digər yanaşı orqanların zədələnməsinin qarşısını alır. Bir çox hallarda xəstəliyin səbəbini dəqiqləşdirmək üçün xaric olunmuş maye uyğun laboratoriyaya göndərilir. Bəzən ürək kisəsinə xüsusi dərmanlar və antibiotiklərdə yeridilə bilər.  Ürək ətrafı toplanmış mayenin miqdarı az olduqda isə bu xəstəlik xüsusi dərmanlar vasitəsi ilə müalicə olunur. Adətən xəstələr ilk həftədə müalicənin köməyini görürlər.

    Hər bir halda Mütəxəsis Kardioloqa müraciət etməklə Siz özünüzü vaxtında qorumuş olarsız!!!

  • Neue ESC-Praxisleitlinien Vorhofflimmern: Was sich geändert hat

    Basierend auf:  Kongress der European Society of Cardiology (ESC) 2024, 30. August – 02. September 2024, London

    Vier Jahre nach dem letzten Update sind die europäischen Praxisleitlinien zum Management bei Vorhofflimmern wieder aktualisiert worden. Eine Neuerung ist unter anderen ein stärkerer Fokus auf die Behandlung von Begleiterkrankungen.

    Beim ESC-Kongress 2024 ist jetzt die aktualisierte Neufassung der europäischen Praxisleitlinien Vorhofflimmern vorgestellt worden, die simultan als rund 100 Seiten umfassendes Dokument im „European Heart Journal“ publiziert wurde. Mitgewirkt an deren Erstellung haben außer der Europäischen Gesellschaft für Kardiologie (ESC) noch die Europäische Vereinigung für Herz-Thorax-Chirurgie (EACTS) und sowie die European Heart Rhythm Association (EHRA).

    Kernelement der neuen Leitlinien ist ein AF-CARE benanntes Konzept, das zentrale Behandlungspfade im Management von Patientinnen und Patienten mit Vorhofflimmern vereint. Dabei steht

    • C für „Comorbidity and risk factor management“
    • A für „Avoidance of stroke and thromboembolism
    • R für „Reduction of symptoms by rate and rhythm control“ und
    • E für „Evaluation and dynamic reassessment“.

    Unter „C“ ist das Management von Komorbidität und Risikofaktoren in den neuen Leitlinien ganz bewusst in eine zentrale Position gerückt worden. Zugrunde liegt dabei die Erkenntnis, dass viele Begleiterkrankungen und Risikofaktoren wie Herzinsuffizienz, Hypertonie, Diabetes, Adipositas, Bewegungsmangel und übermäßiger Alkoholkonsum mitbeteiligte Triebkräfte für das Auftreten und die Progression von Vorhofflimmern sein können. Die effektive Behandlung dieser Erkrankungen und die Modifizierung bestehender Risikofaktoren bilden somit die Basis des Managements von Patienten mit Vorhofflimmern.

    https://www.youtube.com/watch?v=2c3wtQQf91w

    SGLT2-Hemmer für alle mit Herzinsuffizienz

    Dazu gibt es die eine oder andere neue Empfehlung. So wird erstmals nachdrücklich dazu geraten, dass alle Patientinnen und Patienten mit Vorhofflimmern, bei denen eine Herzinsuffizienz besteht, unabhängig von der linksventrikulären Auswurffraktion mit einem SGLT2-Hemmer behandelt werden sollen (I A-Empfehlung). Bei Patienten mit Diabetes wird eine effektive Blutzuckereinstellung als Teil eines umfassenden Risikofaktormanagements empfohlen, um Arrhythmie-Rezidive und eine Progression von Vorhofflimmern zu reduzieren (I C).

    Eher zurückhaltend ist man noch bei der Empfehlung, zu diesem Zweck auch die Behandlung einer Schlafapnoe in das Management mit einzubeziehen (IIb B). Im Hinblick auf Maßnahmen zur Gewichtsreduktion bei Übergewicht und Adipositas, zur Steigerung der körperlichen Aktivität sowie zur Reduktion des Alkoholkonsums (auf ≤30 Gramm Alkohol pro Woche) ist die Empfehlungsstärke erhöht worden (I B statt zuvor IIa B oder IIa C).

    CHA2DS2-VA ist der neue Risikoscore

    Unter „A“ beinhaltet die AF-CARE-Strategie die zur Prävention von Schlaganfällen und Thromboembolien bei Vorhofflimmern empfohlenen Behandlungspfade. Hier hat es eine Änderung geben: Zur Abschätzung des Schlaganfallrisiko als Basis der Entscheidung über eine orale Antikoagulation bei Vorhofflimmern soll künftig nicht mehr der CHA2DS2-VASc-Score, sondern der neue CHA2DS2-VA-Score genutzt werden. Die Streichung von „Sc“ (Sc steht für: Sex category) aus dem Kürzel bedeutet, dass „weibliches Geschlecht“ als mit einem Punkt bewerteter Risikofaktor aus dem Score eliminiert wurde. Damit gibt es nun eine einheitliche Form der Risikoabschätzung für beide Geschlechter.

    Alle Patientinnen und Patienten mit erhöhtem Thromboembolie-Risiko sollen zur Prävention von ischämischen Schlaganfällen und Thromboembolien eine oral Antikoagulation (OAK) erhalten (IA). Ein CHA2DS2-VA -Score ≥2 wird nun bei beiden Geschlechtern als Indikator für ein erhöhtes Thromboembolie-Risiko bei der Entscheidung über den Beginn einer OAK empfohlen (I C).  Bisher galt eine OAK bei einem CHA2DS2-VASc-Score ≥2 (Männer) bzw. ≥3 (Frauen) als indiziert. Bei einen CHA2DS2-VA-Score = 1 sollte laut Empfehlung der neuen Leitlinien eine OAK in Betracht gezogen werden (IIaC).

    Präferenz für DOAK

    Für die OAK bei Patienten mit Vorhofflimmern und erhöhtem Thromboembolie-Risiko werden bevorzugt die direkten oralen Antikoagulanzien (DOAK) anstelle von Vitamin-K-Antagonisten (VKA) empfohlen (I A). Ausnahmen sind Patienten mit mechanischen Herzklappen oder Mitralklappenstenose. Im Fall einer OAK mit einem VKA sollte die Zeit im therapeutischen Zielbereich (INR 2,0–3,0) mehr als 70% betragen (IIa A). Lässt sich das nicht gewährleisten, wird bei dafür geeigneten Patienten eine Umstellung von einem VKA auf ein DOAK empfohlen (IB). In der Praxis wird nicht selten die standardmäßige DOAK-Dosis aus Sorge wegen möglicher Blutungen reduziert. Von einer solchen Dosisreduktion wird – sofern keine DOAK-spezifischen Gründe dafür vorliegen – in den neuen Leitlinien ausdrücklich abgeraten, da dadurch nur das Thromboembolie-Risiko erhöht, das Blutungsrisiko aber nicht gesenkt werde (III B).

    Bezüglich einer Antikoagulation bei Patienten mit Device-detektiertem subklinischem Vorhofflimmern wird vor dem Hintergrund heterogener Ergebnisse zweier Studien (ARTESIA und NOAH AFNET 6) eine zurückhaltende IIb B-Empfehlung ausgesprochen. Danach kann in solchen Fällen eine OAK mit einem DOAK bei Patienten mit erhöhtem Thromboembolie-Risiko in Betracht gezogen werden, wenn kein erhöhtes Blutungsrisiko besteht.

    LAA-Verschluss nach wie vor nur IIb C-Empfehlung

    Dem interventionellen Verschluss des linken Vorhofohrs (LAA-Verschluss) als „mechanische“ Form der Schlaganfallprophylaxe wird in den Leitlinien nach wie vor mit Zurückhaltung begegnet. In Ermangelung größerer randomisierter Studien zum Vergleich mit einer DOAK-Therapie, die eine Aufwertung gerechtfertigt hätten, gibt es hier nur eine IIb C-Empfehlung. Demnach kann ein perkutaner LAA-Verschluss bei Patienten mit Vorhofflimmern und Kontraindikationen für eine Langzeit-Antikoagulation in Betracht gezogen werden.

    Eine frequenzkontrollierende Therapie wird als initiale Maßnahme in der Akutsituation, additiv zu rhythmuskontrollierenden Therapie oder gegebenenfalls als alleinige Therapie zur Reduktion von Symptomen empfohlen ( IB). Betablocker, Diltiazem, Verapamil oder Digoxin werden dafür als Firstline-Optionen bei Patienten mit Vorhofflimmern und linksventrikulärer Ejektionsfraktion (LVEF) >40% aufgeführt (IB), Betablocker oder Digoxin auch bei einer LVEF ≤40%.

    Katheterablation erhält IA-Empfehlung als Firstline-Therapie

    Eine rhythmuskontrollierende Behandlung zur Wiederherstellung und Aufrechterhaltung von Sinusrhythmus (u.a. Kardioversion, Antiarrhythmika, Katheterablation) sollte – in partizipativer Absprache mit dem Patientinnen und Patienten nach adäquater Aufklärung über Nutzen und Risiken (shared decision making) – bei allen dafür geeigneten Patienten in Betracht gezogen werden. In diesem Zusammenhang hat die Katheterablation eine Aufwertung erfahren: Sie wird jetzt mit dem stärksten Empfehlungsgrad als Firstline-Therapie bei paroxysmalem Vorhofflimmern zur Reduktion von Symptomen und Progression der Arrhythmie empfohlen (I A statt zuvor IIa B). Auch Lebensverlängerung kann ein Therapieziel sein !!! Vor dem Hintergrund neuerer Studien wie EAST-AFNET, CASTLE-AF und CASTLE-HTx wird im neuen Leitlinien-Update festgehalten, dass die Behandlungsstrategie der Rhythmuskontrolle nicht nur Symptome und Lebensqualität verbessert, sondern bei ausgewählten Patienten mit Vorhofflimmern auch Morbidität und Mortalität reduziert. So wird etwa eine Katheterablation bei Patienten mit Vorhofflimmern und Herzinsuffizienz des HFrEF-Typs nicht nur zur Verbesserung einer bestehenden linksventrikulären Dysfunktion (I B), sondern auch zur Reduktion von Herzinsuffizienz-bedingten Klinikeinweisungen und zur Lebensverlängerung empfohlen (IIa B).

    Mit dem „E“ in AF-CARE (Evaluation and dynamic reassessment) zielen die neuen Leitlinien schließlich darauf ab, dass Vorhofflimmern eine vielen Einflussfaktoren unterliegende und sich verändernde Erkrankung ist, die eine „dynamische“ Betreuung der Patienten erfordere. Empfohlen wird deshalb, sich in regelmäßigen Abständen „proaktiv“ zu vergewissern, ob die getroffenen therapeutischen Maßnahmen noch dem individuellen Risikoprofil sowie den Begleiterkrankungen der Patienten entsprechen.

    Patientenzentrierte Herangehensweise

    Insgesamt setzen die neuen Leitlinien verstärkt auf eine patientenzentrierte, ganzheitliche Herangehensweise an das Management bei Vorhofflimmern. Die Patientinnen und Patienten sollten durch Aufklärung zu einer selbstbestimmten Mitbeteiligung befähigt werden (empowerment). Ihre Einbindung in die Entscheidung über eine den eigenen Wünschen und Präferenzen nahekommende Behandlung wie auch die Einbeziehung von Familienangehörigen und Betreuern werden als wesentliche Bedingungen für den langfristigen Behandlungserfolg erachtet.

    https://www.springermedizin.de/esc-2024/vorhofflimmern/neue-esc-praxisleitlinien-vorhofflimmern–was-sich-geaendert-hat/27678528?utm_source=Update&utm_medium=email&utm_campaign=SM_NL_UPDATE_KARDIOLOGIE&utm_content=Neue%20Vorhofflimmern-Leitlinien:%20Das%20hat%20sich%20ge%C3%A4ndert%20%20%20%20Troponin%20T%20wenig%20aussagekr%C3%A4ftig%20bei%20akutem%20Nierenversagen%20%20%20%20Neue%20Medikamente%20zur%20Gewichtsreduktion&utm_term=2024-09-13&fulltextView=true&tid=TIDP3229821X35E87B0DC80D425390939F9E2DDCE7B1YI4&nl_name=SM_NL_UPDATE_KARDIOLOGIE&nl_date=2024-09-13

  • Yüksək qan təzyiqi hansi hallarda yaranır?

    Yüksək qan təzyiqi hansi hallarda yaranır?

    Qan təzyiqi nədir?

    Qan təzyiqi deyiləndə qanın damarların divarlarına etdiyi təzyiq nəzərdə tutulur. Qan təzyiqi millimetr civə sütunu ilə ölçülür və iki ədədlə göstərilir. Birincisi (sistolik təzyiq) ürək əzələsinin yığılması zamanı, ikincisi isə (diastolik təzyiq) ürəyin iki yığılma arasında yaranan təzyiqin göstəricisidir.Buna adətən “yuxarı və aşağı təzyiq” deyilir.İlk əvvəl müəyyən etmək lazımdır ki, yüksək qan təzyiqi hansı rəqəmlərdə olur. Bu müxtəif insanlarda və yaşlarda bu dəyişə bilər. Bəzi insanlarda bu 90/60 mm.c.süt , bəzilərində isə 130/85 mm.c.süt ola bilər. Hər bir halda bu norma sayılır.

    Təzyiqim yüksəkdir – nə zaman sayılır?

    Qan təzyiqinin 135/85 mm.c.süt yuxarı rəqəmlərdə artıq yüksək sayılır. “Təzyiqim qalxdı” deyəndə əsasən sistolik təzyiqin qalxmasını nəzərdə tuturlar. Əgər siz özünüzdə güclü baş ağrısı, ümumi zəiflik, qulaqlarda səs-küy, ürəkbulanma, başgicəllənmə, sürətli yorğunluq, görmədə pozğunluq, burundan qan axma, qulaqlarda küy, ürək ritminin pozulması  kimi əlamətləri hiss edirsinizsə, bu zaman qan təzyiqinizi yoxlayın. Çünki bunlar yüksək qan təzyiqinin əlamətləri ola bilər.

    Qan təzyiqi hansı hallarda yüksək ola bilər?

    Qan təzyiqinin davamlı artması Hipertenziya adlanır. Bu, həm müxtəlif xəstəliklərin əlaməti olaraq, həm də naməlum səbəblərdən yarana bilir. Bunların əksər hissəsi birincili hipertoniya  olub, zamanla proqressivləsən və altda yatan heç bir xəstəlik olmadan  inkişaf edir. Bundan başqa digər xəstəlik və hallarla müşahidə olunan Qan təzyiqi yüksəlməsidə müşahidə olunur ki, bunlara İkincili Hipertoniya deyilir. İkincili hipertenziya düzəldiləbilən, geriçevrilən, tamamilə aradan qalxa bilən bir vəziyyətdir. İkincili hipertansiyon bütün hipertoniyaların 5-10 %  təşkil edir. İkincili Hipertoniyanın ən böyük səbəbi Sinir gərginliyi və Panik atak hesab olunur ki, bu zamanda bildiyimiz sakitləşdirici vasitələrdən istifadə etməklə yüksək qan təzyiqini qısa zamanda aşağı salmaq olar. Bundan başqa Şəkərli Diabet,Qalxanabənzər vəzi xəstəlikləri(ZOB), Böyrək xəstəlikləri, Böyrəküstü vəzi xəstəlikləri və beyində olan bəzi xəstəliklərdə ikincili təzyiq qalxmasına səbəb ola bilər.

    Təzyiqiniz qalxdığı zaman nə etməlisiz?

    Yüksək qan təzyiqi aşkarlandığı və ya şübhələndiyiniz halda, həkimə müraciət etmək vacibdir. Ən yaxşısı isə həkimə müraciət edərkən, yanınızda son bir neçə gün üçün qan təzyiqi gündəliyinin olmasıdır. Buna görədə Yüksək qan təzyiqi olan insanlar Müalicəyə başlamazdan öncə yuxarıda sadaladığımız problemlərin olub olmamasını inkar etməlidir.  Yüksək arterial təzyiqi nəzarət edilmədikdə sağlamlığa ciddi təsir göstərən xroniki bir xəstəlikdir. Bu vəziyyət damarlara, ürəyə və digər orqanları əlavə stresə məruz qoyur, müxtəlif sağlamlıq fəsadları riskini artırır. Yüksək təzyiqin müalicəsi üçün son zamanlar yüzlərlə dərman vasitəsi təklif olunmaqdadır. Amma heç də hər zaman dərman vastilə müalicə effektiv olmaya bilər. İlk növbədə sağlam həyat tərzinə (düzgün qidalanma, siqaretdən imtina, stresdən qaçmaq və fiziki aktivlik) əməl etməklə qan təzyiqini normaya salmaq olar. Bu yolla demək olar ki, xəstələrin 30-40 % -də arterial təzyiqi normaya salmaq olur. Son illər on minlərlə insan üzərində aparılmış çoxsaylı tədqiqatlar göstərir ki, bir tək qida rasionundan Xörək duzunu məhdudlaşdırmaqla , yüksək qan təzyiqinin normal rəqəmlərə endirmək olar.

  • Hipertoniya xəstəliyi

    Hipertoniya xəstəliyi

    Arterial təzyiqin 135/90 mm civə sütunundan yuxarı qalxması arterial hipertenziya hesab edilir. Əgər arterial təzyiqin yüksəlməsi birincili olarsa, yəni digər patoloji proseslərlə əlaqədar deyilsə, ona hipertoniya xəstəliyi deyilir. Arterial təzyiqin yüksəlməsi digər xəstəliklərin əlaməti kimi meydana çıxarsa, bu, ikincili və ya simptomatik arterial hipertenziya adlanır.

    Hipertoniya (Yüksək Qan Təzyiqi) Nədir?

    Hipertoniya, qan təzyiqinin uzun müddət ərzində davamlı olaraq normadan yüksək olması ilə xarakterizə olunan ciddi bir sağlamlıq problemidir. Qan təzyiqi, qanın damar divarlarına göstərdiyi təzyiqdir və onun yüksək olması ürəyə əlavə yük gətirir. Bu vəziyyət müalicə olunmadıqda ürək xəstəlikləri, insult, böyrək problemləri və digər ciddi sağlamlıq fəsadlarına yol aça bilər.

    Hipertoniyanın Əsas Səbəbləri

    Hipertoniya bir neçə faktorla bağlı olaraq yaranır və inkişaf edir. Əsas səbəblər arasında aşağıdakı faktorlar rol oynayır:

    • İrsi meyillik: Ailə üzvləri arasında hipertoniya olan şəxslərdə risk daha yüksəkdir.
    • Yaş: Yaşlandıqca damarların elastikliyi azalır və bu, qan təzyiqini yüksəldə bilər.
    • Aşırı çəki və piylənmə: Bədən çəkisinin artması ürəyin işini çətinləşdirir və qan təzyiqini artırır.
    • Fiziki aktivlik azlığı: Hərəkətsiz həyat tərzi qan təzyiqinin artmasına səbəb olur.
    • Duzlu qidalar və qeyri-sağlam pəhriz: Duzun həddindən artıq qəbulu qan təzyiqini yüksəldir.
    • Siqaret çəkmək və alkoqol istifadəsi: Hər iki vərdiş damarların zədələnməsinə və qan təzyiqinin artmasına səbəb olur.

    Hipertoniyanın Simptomları

    Hipertoniya çox vaxt “sakit qatil” adlandırılır, çünki əksər hallarda heç bir nəzərə çarpan simptomlar vermir. Ancaq bəzi hallarda, yüksək qan təzyiqi aşağıdakı simptomlarla özünü göstərə bilər:

    • Baş ağrısı, xüsusən də səhər saatlarında.
    • Nəfəs darlığı.
    • Ürək döyüntüsünün sürətlənməsi və ya nizamsızlığı.
    • Gözlərdə bulanıqlıq və ya görmə pozulmaları.
    • Başgicəllənmə və zəiflik hissi.

    Bu simptomlar adətən yüksək təzyiqin artıq ağırlaşdığı hallarda ortaya çıxır, buna görə də mütəmadi qan təzyiqi ölçmək vacibdir.

    Hipertoniyanın Diaqnozu

    Hipertoniya, qan təzyiqi mütəmadi olaraq ölçülməklə diaqnoz olunur. Normal qan təzyiqi adətən 120/80 mmHg olur. Qan təzyiqi 140/90 mmHg və ya daha yüksək olduqda hipertoniya diaqnozu qoyula bilər. Diaqnozu dəqiqləşdirmək üçün həkim bir neçə ölçmə aparır və əlavə testlər tələb edə bilər, o cümlədən:

    • EKQ (Elektrokardioqramma): Ürək ritmini və fəaliyyətini yoxlamaq üçün.
    • Sidik testi və qan analizləri: Böyrəklərin və digər orqanların vəziyyətini qiymətləndirmək üçün.
    • Ürək ultrasəs müayinəsi: Ürəyin strukturunu və funksiyasını qiymətləndirmək.

    Hipertoniyanın Müalicəsi

    Hipertoniyanın müalicəsi həyat tərzində dəyişikliklər və dərman müalicəsini əhatə edir:

    • Həyat tərzi dəyişiklikləri: Sağlam pəhriz (xüsusilə duzun azaldılması), kilo itkisi, müntəzəm fiziki fəaliyyət, siqaretin tərgidilməsi və spirtli içkilərdən çəkinmək qan təzyiqini azaltmağa kömək edə bilər.
    • Dərman müalicəsi: Qan təzyiqini nəzarət altında saxlamaq üçün istifadə edilən dərmanlar təyin oluna bilər. Bu dərmanlar antihipertensiv dərmanlar kimi tanınır və müxtəlif qruplara bölünür: diuretiklər, beta-blokatorlar, kalsium kanal blokatorları və s.

    Hipertoniyadan Qorunma Yolları

    Hipertoniya xəstəliyindən qorunmaq və ya onun ağırlaşmasının qarşısını almaq üçün aşağıdakı önləm tədbirlərinə əməl etmək tövsiyə olunur:

    • Duz qəbulunu məhdudlaşdırın: Gün ərzində istifadə olunan duz miqdarını 5 qramdan (təqribən bir çay qaşığı) azaldın.
    • Fiziki fəaliyyət: Həftədə ən azı 150 dəqiqə orta dərəcədə fiziki məşqlər (yürüyüş, velosiped sürmə) edin.
    • Sağlam pəhriz: Meyvə, tərəvəz və yağsız qidalarla zəngin pəhriz ürək-damar sağlamlığınızı dəstəkləyəcəkdir.
    • Siqareti tərgidin: Siqaret çəkmək qan damarlarına ziyan vurur və hipertoniya riskini artırır.
    • Müntəzəm olaraq qan təzyiqinizi yoxlayın: Qan təzyiqinizi nəzarət altında saxlamaq üçün həkimə müraciət edin və müntəzəm yoxlamalar aparın.
  • Ürək işemik xəstəlikləri

    Ürək işemik xəstəlikləri

    Ürəyin işemik xəstəliyi (stenokardiya və miokard infarktı) tac arteriyalar sistemində patoloji proses nəticəsində miokardın qanla təchizatının azalması və kəsilməsi ilə əlaqədar əzələsinin kəskin və xronik zədələnməsidir. Ürəyin işemik xəstəliyi kəskin (miokard infarktı, ürəyin dayanması) və xroniki (stenokardiya, ürək çatışmazlığı, postifarkt kardioskleroz) hallarla təzahür edir.

    Ürək İşemik Xəstəlikləri (ÜİX) Nədir?

    Ürək işemik xəstəlikləri, ürəyə gedən qan axınının azalması nəticəsində meydana gələn bir xəstəlik qrupudur. Bu azalma, adətən, ürək damarlarının daralması və ya tıxanması ilə əlaqədardır ki, bu da ürəyin kifayət qədər oksigen almasını məhdudlaşdırır. Müalicə olunmadığı təqdirdə, bu vəziyyət ciddi ürək problemlərinə, hətta infarkta səbəb ola bilər.


    Ürək İşemik Xəstəliklərinin Əsas Səbəbləri

    ÜİX-in əsas səbəbləri arasında ateroskleroz, yəni arteriyaların divarında yağ və kalsium yığılması nəticəsində daralma baş verir. Aşağıdakı risk faktorları bu xəstəliyin inkişafını sürətləndirə bilər:

    • Siqaret çəkmək: Ürək damarlarını daraldaraq qan axını çətinləşdirir.
    • Yüksək qan təzyiqi: Arteriyaların daxili divarlarına ziyan vurur.
    • Yüksək xolesterin səviyyəsi: Damarlarda lövhə əmələ gəlməsinə səbəb olur.
    • Diabet: Qanda şəkər səviyyəsinin yüksək olması damarların daralmasına gətirib çıxarır.
    • Fiziki aktivlik azlığı: Zəif ürək sağlamlığına və piylənməyə yol açır.

    Ürək İşemik Xəstəliklərinin Simptomları

    ÜİX-in əsas simptomları aşağıdakılardır:

    • Sinə ağrısı (angina): Xüsusilə fiziki gərginlik zamanı sinədə ağırlıq və ya sıxılma hissi.
    • Nəfəs darlığı: Ürək yetərincə oksigen ala bilmədiyi üçün nəfəs çatışmazlığı.
    • Zəiflik və yorğunluq: Ən sadə fiziki hərəkətlər zamanı belə halsızlıq hissi.
    • Yüngül başgicəllənmə və ya baş ağrısı.

    Diaqnostika və Müalicə

    Ürək işemik xəstəliklərinin diaqnozu üçün bir sıra testlər və görüntüləmə üsulları istifadə olunur. Ən çox tətbiq edilən diaqnostika metodları aşağıdakılardır:

    • EKQ (Elektrokardioqramma): Ürək ritmini və funksiyalarını yoxlamaq üçün.
    • Ürək angiografiyası: Damarların daralma və ya tıxanma səviyyəsini təyin etmək.
    • Stress testi: Fiziki gərginlik zamanı ürəyin reaksiyasını müşahidə etmək üçün.

    Müalicə yolları xəstəliyin ağırlığına görə fərqli ola bilər:

    • Dərman müalicəsi: Qan axınını yaxşılaşdırmaq və ürək hücumlarını azaltmaq üçün istifadə edilən dərmanlar.
    • Cərrahi müdaxilə: Angioplastika və ya bypass əməliyyatları ilə tıxanmış damarların açılması.
    • Həyat tərzi dəyişiklikləri: Sağlam qidalanma, siqaretin tərgidilməsi və müntəzəm fiziki aktivlik.

    Ürək İşemik Xəstəliklərindən Qorunma Yolları

    ÜİX riskini azaltmaq üçün aşağıdakı addımları ata bilərsiniz:

    • Sağlam qidalanma: Xolesterini azaldan və ürək sağlamlığını dəstəkləyən pəhriz.
    • Fiziki aktivlik: Həftədə ən azı 150 dəqiqə orta dərəcəli məşq.
    • Siqareti tərgitmək və spirtli içkiləri məhdudlaşdırmaq.
    • Mütəmadi olaraq həkim yoxlamasından keçmək və təzyiqi, xolesterini nəzarətdə saxlamaq.